Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / SOCAR istiqrazları banklardan “küsən”ləri cəlb edə bilər? – TƏHLİL

SOCAR istiqrazları banklardan “küsən”ləri cəlb edə bilər? – TƏHLİL

Bu gündən SOCAR istiqrazları satışdadır. SOCAR İstiqrazlarının satışı 10 oktyabradək davam edəcəkdir. Bir istiqrazın dəyəri 1000 (min) ABŞ dollarıdır. İstiqrazlar 5 il müddətlidir və illik 5% gəlir gətirəcək. 100.000 ədəd istiqraz buraxılmışdır. İstiqrazların ümumi dəyəri 100 mln. ABŞ dollarıdır. Faizlər 3 aydan bir ödəniləcək. İstiqrazlardan əldə olunacaq gəlirdən vergi tutulmayacaq.

Qeyd edək ki, istiqrazları “ASAN xidmət”in 1 və 5 saylı xidmət mərkəzlərindən, Banklardan (“Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank”, “Rabitəbank”dan, “Xalq Bank”dan), İnvestisiya Şirkətlərindən (“AzFinance Invest”, “İnvestAz”,  “Paşa Kapital,    PSG – Kapital”) əldə etmək olar (fins.az).

Bu məlumatı Qafqaznews.az-a şərh edən ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, əslində, hələ satışdan söhbət getmir: “Sentyabrın 20-dən oktyabrın 10-dək istiqrazları almaqda maraqlı olan şəxslərin qeydiyyatı aparılacaq, satış isə oktyabrın 13-dən sonra olacaq”.10ac3saban

Onun sözlərinə görə, 100 milyon dolllarlıq istiqrazların satışı ilə, SOCAR-ın hansısa ciddi bir problemi həll olunmayacaq: “Bu, SOCAR-ın hansısa “yara”sına məlhəm deyil. Sadəcə, məsələ ondadır ki, SOCAR çoxşaxəli işlərlə məşğuldur. SOCAR dövlət şirkətidir və dövlətlə qarşılıqlı münasibətlərdədir. Stadion lazım olur, onu SOCAR tikdirir, hardasa bir zavod tikilir, yenə də SOCAR… 25 ildə bircə dənə “adam arasına çıxarası” şirkət yaratmışıq. Başqa bir iri şirkətimiz yoxdur ki, qeyri-neft sektoruna iri sərmayələr qoysun, mühüm investor kimi tanınsın. Dövlətin neft gəlirləri 4 dəfə azalıb, lakin bu şirkət hələ də öz əhəmiyyətini qoruyur. Neft xalımızın ümid mənbəyidir. Qeyri-neft sektorunda belə, neft sektorunda olduğu kimi gəlir imkanları yoxdur. Özbəkistan 2,5 milyon ton pambıq ixrac edib, cəmi 1 milyard dollar qazanıb. Biz nə qədər pambıq və ya digər məhsul ixrac edə bilərik ki, neft gəlirlərini kölgədə qoyaq? Metroların qarşısında “Lənkəran limonu” adıyla satılan girdə limonlar da Afrikadan gətirilir, müxtəlif şəxslərə və obyektlərə paylanılır”, – deyə ekspert qeyd edib.

İlham Şaban deyib ki, son illərdə Azərbaycanda qeyri-neft sektoruna da xeyli sərmayə qoyulub: “Lakin bəzi şəxslərin bacarıqsızlığı ucbatından, bu sərmayələr lazımi nəticəni verməyib. Düşünürəm ki, SOCAR istiqraz satışından əldə olunan vəsaiti başqa sahələrə yönəltmək niyyətindədir. Şirkətin gəlirləri azalıb, lakin xərcləri də azalmaqdadır. SOCAR bir sıra iri layihələrdə pay sahibidir. 2017-ci ildən SOCAR-ın layihələr üzrə xərcləri azalacaq”.

O vurğulayıb ki, istiqrazların satışı heç də əhəmiyyətsiz qarşılanmamalıdır.

“Bir çox vətəndaş devalvasiyadan sonra öz dollar ehtiyatlarını banklardan götürüblər. Banklar əmanətlərə ürəkaçan dərəcədə faiz vermirlər. Eləcə də, kimsə bankdan pulunu çıxaranda, o əmanətdən müəyyən qədər “cərimə” çıxılır. Lakin istiqrazlarda belə deyil. Düşünürəm ki, banklardan pulunu çıxaran vətəndaşlar SOCAR istiqrazlarını əldə edə bilərlər. Bu istiqrazların qiyməti azalan deyil, alıcılar 5 faiz gəlir əldə edəcəklər”, – deyə ekspert əlavə edib.

 

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın