Ana səhifə / Kriminal / SOCAR gürcü nazirin ittihamını rədd elədi

SOCAR gürcü nazirin ittihamını rədd elədi

Azərbaycan Gürcüstan əhalisinin zəruri qaz ehtiyacını tamamilə ödəyir və ödəmək gücündədir. Musavat.com-un gürcü mənbəyinə istinadən verdiyi xəbərə görə, bu barədə SOCAR-Georgiya şirkətinin baş direktoru Maxin Məmmədov bildirib.

Baş direktor Gürcüstanın energetika naziri Kaxa Kaladzenin Azərbaycanın Gürcüstanın artan qaz ehtiyacını ödəmək gücündə olmadığı, o üzdən Tiflisin “Qazprom”la danışıqlara ehtiyac olması barədə verdiyi məlum açıqlamasına cavab olaraq bildirib ki, Gürcüstana gündəlik 5 milyon, üstəlik, “Şahdəniz” yatağından 1 milyon kub metr təbii qaz daxil olur. “Gürcüstanın istehlak elədiyi qaz 6,2 milyon kub metrdir. Odur ki, biz tələbatı tam ödəyirik” – deyib Məmmədov. Musavat.com

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın