Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / SOCAR ana dilmizə niyə heç hörmət etmir?

SOCAR ana dilmizə niyə heç hörmət etmir?

 

Dünən “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” idi. Düşündüm ki, SOCAR bəlkə həmin günə hörmət edib, 2016-cı ilin audit olunmuş maliyyə hesabatını saytında ana dilimizdə də yerləşdirər. Amma olmadı!

Görəsən, aidiyyatı dövlət qurumlarına bu hesabat hansı dildə təqdim olunub? Axı, audit təşkilatı bu hesabatı ana dilimizdə tərtib edir!

Bir aydır ki, sayta ingilis əlifbası ilə (EN) daxil olanda hesabatı görmək olur. Azərbaycan dilində daxil olanda isə 2016-nın hesabatı yoxdur.
http://www.socar.az/…/economics-and-statistics/socar-reports
http://www.socar.az/…/economics-and-statistics/socar-reports

Mən şəxsən özüm 88 səhifəlik həmin hesabatı ana dilimizə tərcümə etmişəm. Dünən istədim yayım, amma “lənət şeytana” dedim: sonra mahiyyət və rəqəmlər kənarda qalardı, xırda tərcümə xətası axtarardılar.

İradımı həm SOCAR-ın, həm də Vergilər Nazirliyinin feysbukdakı səhifələrində dünənki paylaşımlarının altına şərhdə yazdım.

Qulu İbrahimli

Azinforum.az

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın