Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / SOCAR: 9 milyard dollarlıq layihə donduruldu

SOCAR: 9 milyard dollarlıq layihə donduruldu

Bu gün fevralın 18-də Azərbaycanın dövlət neft şirkəti SOCAR Bakının Qaradağ rayonu ərazisində yeni neft-kimya kompleksinin yaradılması layihəsinin “dondurulduğunu” bəyan edib.

Virtualaz.org xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov “Reuters” agentliyinə bildirib.

“Demək olar ki, yeni neft, qaz və kimya kompleksinin yaradılması layihəsi üzərində iş müvəqqəti dondurulub”-Qəhrəmanov deyib.

Səngəçal terminalı yaxınlığında inşa edilməsi nəzərdə tutulan neft-qaz və kimya kompleksi SOCAR-ın ən ambisiyalı layihəsi hesab olunurdu. Bu layihə üçün tələb olunan investisiyanın həcmi əvvəlcə 17 milyard dollar qiymətləndirilib. Lakin daha sonra layihənin konfiqurasiyasından neftayırma zavodu çıxarılıb və 8.5-9 milyard dollar investisiya hesabına Qaz Emalı və Neft Kimyası zavodlarının tikintisi nəzərdə tutulub.

Bu layihə üçün torpaq sahəsi ayrılıb, ABŞ-ın “Fluor” şirkəti layihənin idarəedilməsi üzrə baş podratçı seçilib. Kompleksin tikintisinə bir sıra xarici şirkətlər,o cümlədən Yaponiyanın “Mitsui” şirkəti maraq göstərirdi.Kompleks üçün ayrılmış torpaq sahəsinin tikintiyə hazırlanması üçün işlər aparılırdı. Lakin indi neftin ucuzlaşması SOCAR-ı bu nəhəng layihəni dondurmağa məcbur edib.

Bununla belə şirkətin vitse-prezidenti deyib ki, “Mitsui” şirkətinin layihədə investor kimi iştirakına dair danışıqlar aparılacaq. Qəhrəmanovun sözlərinə görə, SOCAR bu layihəyə neftin qiymətinin yenidən normal səviyyəyə qalxması halında qayıda bilər. Hələlik isə şirkət büdcə vəsaiti hesabına Bakıdakı köhnə neftayırma kompleksinin modernləşdirilməyə hazırlaşır və bu işə 1.3 milyard dollar nəzərdə tutulur.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın