Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Kriminal / SOCAR 20 milyon dollara alınan 16 villa söhbətini təkzib edir – MÖVQE

SOCAR 20 milyon dollara alınan 16 villa söhbətini təkzib edir – MÖVQE

“Bu gün Qiymət Mehdiyev işdə olub və hamının qarşısında bəyan edib ki, barəsində yayılan məlumatlar yalandır, əsassızdır”.

Bunu SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

Şirkət sözçüsü bildirib ki, SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin xanımının Türkiyədə 20 milyon dollara 16 villa almasını özü təkzib edib.

N.Quliyev bu məsələnin SOCAR-a aidiyyəti olmadığını da vurğulayıb. Onun sözlərinə görə, Q.Mehdiyev ANS-ə gedib və yaxın dəqiqələrdə məsələ ilə bağlı geniş açıqlama verəcək.

Xatırladaq ki, Virtualaz.org 2014-cü il iyulun 4-də Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alması haqda məlumat yayıb. Könül Mehdiyeva bu əmlakı Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən satın alıb.

K.Mehdiyeva bu əmlakı almaq üçün 20 milyon dollar ödəyib. Sayt bildirib ki, K.Mehdiyevanın mülkləri almaq üçün milyonlarla dollar nağd pulu necə ödədiyinə dair videokadrlar və fotolar var.

Həmçinin oxuyun

Qəbələdə evli qadın ərindən bezdi, internetdə tanış olduğu Murada qoşulub qaçdı

Bakı Ağır Cinayətlər Məhkəməsində Qəbələ rayon sakini, qəsdən adam öldürməkdə ittiham olunan 27 yaşlı Elnur …

Bir cavab yazın