Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Şöbə müdirinin evinə xəstə adı ilə giriblər – Qətlin təfərrüatı

Şöbə müdirinin evinə xəstə adı ilə giriblər – Qətlin təfərrüatı

Dünən saat 21:45 radələrində Yevlax şəhəri, Əhmədağa Baxşıyev küçəsində rayon xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ilkin araşdırmalar zamanı qətlin tamah məqsədilə törədilməsinə əsaslı şübhələr müəyyənləşib. Belə ki, Bəyaz Cabbarovun evinə gələn şəxslər qonşu mənzilin müşahidə kamerasına düşüblər.

Kamera görüntülərindən 3 nəfər şəxsin xəstə adı ilə 65 yaşlı B.Cabbarovun evinə gəldiyi, qapının açılmasından sonra onlardan birinin çöldə qalaraq elektrik sayğacından evin işiğını kəsdiyi məlum olub. Xəstə adı ilə evə daxil olan şəxslərin isə həmin vaxt B.Cabbarova hücum edərək ona 20-yə yaxın bıçaq xəsarəti yetirdiyi və mənzildə axtarış apardığı bildirilib.

Hadisə zamanı mərhum həkimin gəlini və nəvələri də evdə olub, onların köməkliyi ilə B.Cabbarov xəstəxanaya aparılsa da, vəfat edib.

Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, 65 yaşlı B.Cabbarov 2017-ci ildən Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib. 

Nizam Rza

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …