Bazar ertəsi , May 23 2022
Ana səhifə / Kriminal / Şöbədə arvadını öldürən polisə hökm oxundu

Şöbədə arvadını öldürən polisə hökm oxundu

Polis şöbəsində arvadını öldürən serjant İsmayıl Məmmədovun məhkəməsi yekunlaşıb.

” Azinforum.az ” xəbər verir ki, Bakı ağır Cinayətlər Məhkləməsinin hökmü ilə sabiq polis 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İsmayıl Məmmədov ötən ilin sentyabrında Nizami RPİ-nin 24-cü Polis Şöbəsində arvadı Xanım Məmmədovanı qətlə yetirib. O, özü də Nizami RPİ-nin əməkdaşı olub. Xanım Məmmədova əri tərəfindən döyülməsi ilə əlaqədar şikayət etmək üçün şöbəyə gəlib. Bu zaman rəis məsələni aydınlaşdırmaq üçün ərazidə xidmətdə olan İsmayılı şöbəyə çağırıb. O, azyaşlı övladlarının gözü qarşısında xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.

İsmayıl Məmmədov Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilib.

Polis şöbəsində arvadını öldürən serjant İsmayıl Məmmədovun məhkəməsi yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı ağır Cinayətlər Məhkləməsinin hökmü ilə sabiq polis 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İsmayıl Məmmədov ötən ilin sentyabrında Nizami RPİ-nin 24-cü Polis Şöbəsində arvadı Xanım Məmmədovanı qətlə yetirib. O, özü də Nizami RPİ-nin əməkdaşı olub. Xanım Məmmədova əri tərəfindən döyülməsi ilə əlaqədar şikayət etmək üçün şöbəyə gəlib. Bu zaman rəis məsələni aydınlaşdırmaq üçün ərazidə xidmətdə olan İsmayılı şöbəyə çağırıb. O, azyaşlı övladlarının gözü qarşısında xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.

İsmayıl Məmmədov Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilib.

Həmçinin oxuyun

Vilyam Hacıyev ifadə vermək üçün vaxt istəyib

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə …