Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / “Şişkan”ın dəstəsinin öldürdüyü deputatın və ailə üzvlərinin cəsədləri 4 metr dərinlikdə tapıldı

“Şişkan”ın dəstəsinin öldürdüyü deputatın və ailə üzvlərinin cəsədləri 4 metr dərinlikdə tapıldı

Moskvaətrafı regionda “qanuni oğru” Oleq Şişkanovun (Şişkan) rəhbərlik etdiyi cinayətkar dəstənin üzvləri tərəfindən aradan götürülən dörd qurbanın cəsədləri tapılıb. “Şişkan” bu yaxınlarda həbs edilmişdi və ona qarşı seriya qətllər barədə ittihamlar irəli sürülsə də qurbanların cəsədlərini illərlə tapmaq mümkün olmurdu. Axtarışlar nəhayət ötən gün oktyabrın 21-də yekunlaşıb.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyasının İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko sifarişlə qətl törədən cinayətkarların qurbanlarının 2012-ci ildən bu yana axtarışda olduqlarını bildirib.

Söhbət “Plemzavod Ramenskoye” QSC-nin baş direktoru, deputat Tatyana Sidorova və onun ailəsinin üç üzvündən gedir. Cinayətkarkarlar cəsədləri Moskva vilayətinin Ramen rayonundakı  bağ evinin ərazisində gizlədiblər. Müstəntiqlər 12 gün həmin ərazidə 2 min kvadrat metrdən çox ərazini araşdırdıqdan sonra meyitləri təxminən 4 metr dərinlikdə aşkarlayıblar. Cəsədlərin ikisinin baş nahiyəsindən güllələndiyi məlum olub. Axtarışlar zamanı bəzi hallarda 10 metr dərinliyə qədər qazıntı aparılıb.

Müstəntiqlərin dediyinə görə, deputat, eləcə də onun ailə üzvləri “qanun oğru” Şişkanın rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri tərəfindən öldürülüb. Qətlin səbəbi isə ehtimala görə, Tatyana Sidorovanın ona məxsus olan  torpaq sahəsini “Şişkan”a  təhvil verməkdən imtina etməsi olub.

“Ölənlərin qalıqları məhkəmə tibbi ekspertizasına göndərilib”, – deyə Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk əlavə edib.

Bu cinayətlə yanaşı, “Şişkan”ın rəhbərlik etdiyi dəstənin üzvləri bir sıra ağır və xüsusilə ağır cinayətlərdə, o cümlədən digər qətllərdə, qəsbkarlıqda, bədənə xəsarət yetirməkdə, qanunsuz odlu silah-sursat saxlamaqda, cinayətkar cəmiyyətdə təşkilatçılıqda və iştirak etməkdə ittiham olunurlar.

Cinayət işində doqquz təqsirləndirilən şəxs həbs edilib. Bunlar“Şişkan”la yanaşı Eduard Xarkov, Yuri Qriqoryev, Dmitri Gusev, Dmitri Baryshnikov, Yuri Ofitserov, Dmitri Khlamkin, Loretis Vitkauskas və Mixail Korovindir.

Həmçinin oxuyun

Fazil Mustafanı güllələməkdə ittiham olunan şəxslər onun məhkəməyə gəlməsini tələb edir

Deputat Fazil Mustafa güllələnməsi ilə bağlı məhkəmə iclaslarına gəlmir. Ona qarşı sui-qəsddə ittiham olunan şəxslər …