Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Kriminal / Şişirdilən faizlər müştərilərin dizini belə bükür… – ŞİKAYƏT VAR

Şişirdilən faizlər müştərilərin dizini belə bükür… – ŞİKAYƏT VAR

Tikinti sahəsində inhisarçı rola malik “ACL Group” mənzil qiymətlərini sürətlə artırır. VİZUAL.az-a verilən xəbərə görə, manatın ikinci devalvasiyasından sonra şirkət mənzilin hər kvadrat metri üçün qiymətləri 50 % qaldırıb.

Şirkətin Yasamal rayonu, Həsən bəy Zərdabi, küç 92A ünvanında yerləşən “Melissa park” yaşayış kompleksində isə müştərilər bir müddət öncə aldıqları evi qaytarmaq məcburiyyətində qalıb.
ACL Group necə yaranıb?
Bir neçə böyük tikinti şirkətini özündə birləşdirən ACL Group 2000-ci ildən fəaliyyətə başlayıb. Son 14 il ərzində ciddi layihələrlə ictimaiyyət qarşısına çıxmayan şirkət 2014-cü ildə qaranlıq maliyyə kapitalı ilə bazara girə bilib.
Şirkət tərəfindən Həsən bəy Zərdabi, küç 92A ünvanında təməli qoyulan yaşayış binası öncə “Çinar park” adlanırdı. Lakin 2015-ci ildə naməlum səbəblərdən yaşayış məntəqəsinin adı “Melissa park” olaraq adlanırıldı və bütün sənədlər bu ada keçirildi (!).
Şəbəkə ilkin etapda VTB bank vasitəsi ilə mənzilləri satırdı. Lakin Beynəlxalq Bank və Milli Təhlükəsizlik Nazirliyində baş verən məlum olaylardan sonra şirkət bir müddət kredit kampaniyasını dayandırdı, 2016-cı ilin əvvəlindən isə Beynəlxalq Bankın kredit ayırması nəticəsində sonuncu ilə əməkdaşlığa başlayıb.
ACL Group 4 böyük şirkəti – “General MTK”, “Kristal MTK”, “Yüksəliş MTK” və “ASP MTK” özündə birləşdirir. Son iki ildə sürətlə böyüyən şirkət əvvəlcə 10, sonra 20 illik ipoteka şərtləri ilə mənzil satışına start verib.
Lakin Xırdalan, Yeni Günəşli, Nizami, Yasamal və Biləcəri ərazilərində inşa edilən binalardakı mənzillər bazar qiymətindən dəfələrlə baha qiymətə satılır. 4,5 % “effektiv” kampaniyası adı verilən şərtlərlə: “Melissa Park” yaşayış kompleksində mənzillərin hər kvadratı 1560-1790 manat arası dəyişir.
Məsələn, sözügedən yaşayış kompleksində 92.9 kv.m sahəsi olan mənzili almaq istəsəniz hər kv. metr üçün 1790 ödəməlisiniz. Mənzilin tam dəyəri : 92.9×1790=166,291 AZN İlkin ödəniş : 16,629 AZN İpoteka məbləği : 166,291 – 16629 = 149,662 AZN Aylıq ödəniş (20 illik) = 1251 AZN (!)
Beləliklə müştəri 20 il ərzində 1251 x 240 ay = 300,439 AZN toplam ödəniş həyata keçirəcək. Bunun 149,662 manatı əsas məbləğ, 150,777 manatı isə faiz məbləğidir. Beləliklə, dəyəri (baha olmasına baxmayaraq) təxminən 166 min manat olan mənzil üçün hər bir müştəri 150 min manat (təxminən evin şişirdilmiş dəyəri qədər) faiz ödəməlidir.
Göründüyü kimi, adı ingilis dilindən tərcümədə “Rahat həyatın ünvanı” (Adress of comfortable life – ACL) kimi səslənən inhisarçı şirkət nədənsə, insanların rahat həyatını fikirləşmir.
Prezident İlham Əliyevin son bir ayda 3 dəfə ipoteka kreditləri ilə bağlı irad və ciddi tapşırıqları bu cür inhisarçı şirkətlər tərəfindən qəbul edilmir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Biri 24, digəri 34 yaşında canına qıydı…

Neftçalada intihar hadisəsi baş verib.  “Qafqazinfo” xəbər verir ki, 1995-ci il təvəllüdlü Sabir Ələkbərli canına …

Bir cavab yazın