Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Kriminal / Şirvanda hərbi zavodda yanğın oldu – 2 nəfər yaralandı

Şirvanda hərbi zavodda yanğın oldu – 2 nəfər yaralandı

Bu gün Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda yanğın olub. 

Şirvan Şəhər Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, zavodun 8-ci blokunda baş verən yanğın nəticəsində 2 nəfər xəsarət alıb.

İlkin məlumata görə, detalların sıxılması üçün nıəzərdə tutulmuş dəzgahın quraşdırılması zamanı laqunda ilə dəmir lövhəni kəsən zaman çıxan qığılcım yanğına səbəb olub.

Hazırda yanğın söndürülüb, ekspertiza təyin edilib. Dəqiq məlumat araşdırmaların sonunda bəlli olacaq.

Həmçinin oxuyun

Bakıda ağır qəza: Maşın səkidə dayanan kişiyə çırpıldı (FOTO)

Bakıda yol qəzası baş verib.  Azinforum.az “Report”a istinadən xəbər verir ki,  hadisə Yasamal rayonunda, Şərifzadə küçəsində qeydə alınıb.  …