Ana səhifə / Kriminal / Şirkət rəhbərinin qaranlıq keçmişi – narkotiklə həbs, inidi isə dələduzluq – FOTO

Şirkət rəhbərinin qaranlıq keçmişi – narkotiklə həbs, inidi isə dələduzluq – FOTO

“Hilal Agro” şirkətinin rəhbəri növbəti dəfə hakim qarşısına çıxarılır. Əvvəl külli miqdarda narkotik satmaqda ittiham edilən iş adamı bu dəfə dələduzluqda suçlanır.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən “Hilal Agro” şirkətinin rəhbəri Viləş Əhədov cinayət işi üzrə məhkəmə iclası başlayır.

Məhkəmə prosesi hakim Azad Məcidovun sədrliyi ilə baş tutacaq.

İş üzrə 9 nəfər zərərçəkmiş var. İttihama görə, V.Əhədov biznes sahəsində şərik olduğu şəxslərə qarşı dələduzluq edərək onların külli miqdarda pulunu ələ keçirib.

Xatırladaq ki, V.Əhədov bir neçə ay öncə külli miqdarda narkotik vasitə əldə etmə və satmaqda ittiham edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinn hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

V.Əhədovu Qax Rayon Polis Şöbəsinin əməkdaşları tutub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Viləş Əhədov rayonun Qorağan kəndi ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun əlindəki sellofan torbadan ümumi çəkisi 1 kq narkotik vasitə olan heroin və 500 qram metamfetamin aşkar olunaraq götürülüb.

V.Əhədov bir neçə il əvvəl ölkədə perspektivli iş adamı kimi tanınırdı. O, 2011-ci ildə fəaliyyətə başlamış “Hilal Agro” şirkəti ət sektorunda heyvanların kökəldilməsi üzrə ixtisaslaşmış şirkətin rəhbəri olub. Musavat.com

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …