Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Şirkətə 300 min manat ödəyən şəxs azadlığa buraxıldı

Şirkətə 300 min manat ödəyən şəxs azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Ramil Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tədbiq edilib və ona şərti cəza verilib. Ramil Səmədov məhkəmə zalından azadlığa çıxıb.

İttihama görə, R.Səmədov “Kartaş” MMC-də satış meneceri işləyərkən 300 min manatdan artıq pulu mənimsəyib. Şirkət rəhbərinin hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasında R.Səmədov həbs edilib.

R.Səmədov “Kartaş” MMC-yə dəymiş ziyanı ödəyib və şirkətlə barışıq əldə edib.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …