Çərşənbə , May 22 2019
Ana səhifə / Kriminal / Şirkət rəhbərinin məhkəməsi başladı – sabiq nazirin qohumudur

Şirkət rəhbərinin məhkəməsi başladı – sabiq nazirin qohumudur

Bakıda qadağan olunmuş dərmanlar satmaqda ittiham edilərək həbs edilən şirkət rəhbərinin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində güclü təsir edən dərmanları qanunsuz satmaq da və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Natiq Qasımovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

İş üzrə daha iki nəfər- Xatirə İmaməliyeva və Aidə Cəfərova da təqsirləndirilən şəxslərdir.

Hakim Əlövsət Abbasovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. Məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

N. Qasımov “Çinar Pharmaceuticals” MMC-nin təsisçisi və faktiki rəhbəri olub. Təqdirləndirilən qadınlar isə həmin şirkətə məxsus aptekdə satıcı işləyiblər və barələrində həbs-qətimkan tədbiri seçilməyib, polisin nəzarətinə verilməklə azadlıqda qalıblar.

Məhkəmə prosesi mayın 17-də davam etdiriləcək.

Bu iş üzrə yayılan rəsmi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11a saylı ünvanda fəaliyyət göstərən aptekdə işləyən satıcıların 5 fevral 2018-ci il tarixdə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən “Contramal 150 SR (Tramadol HCl 150 mq)” adlı dərman preparatının həkim resepti olmadan 50 həbini 75 manata qanunsuz satmaları müəyyən edilib.

İstintaq zamanı qeyd edilən aptekdə Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə müvafiq məhkəmə qərarı əsasında axtarış həyata keçirilib. Axtarış zamanı narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsir edici maddələr olan – hər birində 10 həb olmaqla 200 konvalyutda “Contramal 150 SR”, dövlət qeydiyyatı olmayan 7 adda – 1 qutu “Benzilbenzoat”, 1 qutu “Chondrocsil GEL 100 ml”, 3 qutu “MGK Baralqin № 100”, 1,5 qutu “Silentex N 30”, 1 qutu “İmunitex N 30”, 21 konvalyut “Mukaltin 50 mq № 10”, 22 konvalyut “Dimedrol 50 mq № 10”, sertifikatı olmayan 13 adda – 5 qutu “Bonaksim 1 qr N 1”, “Auqmentin suspenzia 70 ml № 1”, 1 qutu “Amitriptilin 25 mq № 50”, 2 qutu “Nirofen 200 mq N 24”, 1 qutu “Uprofloksain 02 % 100 ml № 1″, 7 konvalyut Difenin 117 mq № 10”, 1 qutu “Dilatrent 12,5 mq № 30”, 1 qutu “Triamzur Kompozitum 37,5 mq № 50”, 2 qutu “Korinfar 10 mq № 100”, 3 qutu “Validol 50 mq № 40”, 1 qutu “Preduktal MR 35 mq № 60”, 1 qutu “Streptosit 5% 30 q Liniment” və 5 qutu “Nurofen S 3x 100 ml № 1” adlı dərman preparatları aşkar edilərək götürülüb.

Qeyd edək ki, criminal.az saytı N.Qasımovun sabiq rabitə naziri Əli Abbasovun qohumu olduğu barədə məlumat yayıb.

Həmçinin oxuyun

Rayondan gəlib bacanağının qohumu ilə cinsi əlaqəyə girdi, sonra… – Bakıda gecəyarısı ŞOK OLAY

Bakıda intim münasibətdə olduğu qadının qohumunu bıçaqlamaqda təqsirli bilinən 1983-cü il təvəllüdlü Samir Səmədovun (cinayət …