Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Sığorta agentləri məlumatları təhrif edirlər – XƏBƏRDARLIQ

Sığorta agentləri məlumatları təhrif edirlər – XƏBƏRDARLIQ

“Sürücülər icbari sığorta müqaviləsini alan zaman məlumatların sistemə düzgün vurulmasına diqqət yetirməlidirlər”.

Fins.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev deyib. Onun sözlərinə görə, sığorta müqaviləsi ilə bağlı hər hansı problemin yaranmaması üçün sürücülər özləri də məsuliyyətli olmalıdırlar. Sığorta müqaviləsi bağlanandan sonra belə onun sms vasitəsilə qüvvədə olub-olmamasına diqqət yetirməlidirlər. Kağız müqavilələrdə bəzi hallarda sığorta satışı ilə məşğul olan şəxslər və agentlər saxtakarlığa yol verərək məlumatları təhrif edirdilər. Eyni halların təkrar olunmaması üçün elektron müqavilələrə də diqqət yetirilməlidir.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın