Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Kriminal / Şeyx Həmzətin əyləşdiyi avtomobildə silah çəkildi: – “Bu sənin üçündür”

Şeyx Həmzətin əyləşdiyi avtomobildə silah çəkildi: – “Bu sənin üçündür”

Azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin ölümündən sonra onun bir nömrəli varisi sayılan çeçen əsilli, “Şeyx Həmzət” ləqəbli kriminal avtoritet Həmzət Qastəmirov dostları ilə avtomobildə görüntülənib.

GoldNews.az xəbər verir ki, avtomobili onun yaxın dostu Dikiy Teymur ləqəbli avtoritet idarə edib. O, maşında səsləndirilən mahnını qardaşına – Şeyx Həmzətə həsr etdiyini bildirərək, silahını çıxarıb və havaya atəş açıb.

Bildirilir ki, Şeyx Həmzət özü də video qeydə alınan avtomobildə imiş.

Xatırladaq ki, Şeyx Həmzətə qarşı ötən ay sui-qəsd cəhdi baş tutub. Şeyxin türk əsilli şəxsi cangüdəni bir neçə dəfə İstanbulda olub, Lotu Qulinin yaxın adamı ətrafında olan şəxslərlə görüşüb və onlara məlumatlar ötürürmüş. Hətta pul qarşılığında ona Şeyx Həmzəti aradan götürmək təklif edilib. O isə bununla razılaşıb və yaxın vaxtlarda Şeyxi aradan götürəcəyinə söz verib.

Bunu bilən Şeyx və yaxın adamları cəld tərpənərək cangüdənlərə tərəf gediblər. Cangüdənlərdən ikisi Şeyx və adamlarının gəldiyini görüblər və bundan şübhələnərək onlara atəş açaraq qaçmağa çalışıblar. Atəş nəticəsində Həmzət Qastəmirov sol əlindən və qabırğasından, yaxın adamlarından biri isə ayağından güllə yarası alıb. Onlar Berlin şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər. Cangüdənlərdən biri isə qaçmağa macal tapmayıb və ələ keçirilib.

Türkiyə Xüsusi Xidmət Orqanları tərəfindən əldə olunmuş telefon danışıqları və müəyyən materiallar Almaniyanın paytaxtı Berlin şəhərində yaşayan Şeyx Həmzətə göndərilib.

Materiallardan müəyyən edilib ki, Şeyxin türk əsilli şəxsi cangüdəni bir neçə dəfə İstanbulda olub, Lotu Qulinin yaxın adamı ətrafında olan şəxslərlə görüşüb və onlara məlumatlar ötürürmüş. Hətta pul qarşılığında ona Şeyx Həmzəti aradan götürmək təklif edilib. O isə bununla razılaşıb və yaxın vaxtlarda Şeyxi aradan götürəcəyinə söz verib.

Bunu bilən Şeyx və yaxın adamları cəld tərpənərək cangüdənlərə tərəf gediblər. Cangüdənlərdən ikisi Şeyx və adamlarının gəldiyini görüblər və bundan şübhələnərək onlara atəş açaraq qaçmağa çalışıblar. Atəş nəticəsində Həmzət Qastəmirov sol əlindən və qabırğasından, yaxın adamlarından biri isə ayağından güllə yarası alıb. Onlar Berlin şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər. Cangüdənlərdən biri isə qaçmağa macal tapmayıb və ələ keçirilib.

Həmçinin oxuyun

Daha bir xəstəxana direktoruna cinayət işi açıldı

Qusar rayon xəstəxanasında təcili tibbi yardımın əməkdaşlarına verilən əlavə ödəmənin mənimsənilməsi ilə bağlı cinayət işi …