Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Kriminal / Sevgisi başına vuran Lerik sakini ərini qorxunc şəkildə öldürdü

Sevgisi başına vuran Lerik sakini ərini qorxunc şəkildə öldürdü

Gənc oğlana sevgisi Lerik rayon sakini olan qadının ağlını başından alıb. Yardımlı rayonunun hüquq-mühafizə orqanları bu ilin iyun ayında qəsdən törədilmiş qətlin üstünü açıb.

Bu barədə Sputnik Azərbaycan-a yardımlı rayon Polis İdarəsindən məlumat verilib. Hər şey ondan başlayıb ki, iyunun 29-da Yardımlıdakı meşə zolağında yerli meşəbəyi parçalanmış insan cəsədi tapıb. Cəsəd “UAZ-469” markalı avtomobilin yanında yerdə imiş. Faktla bağlı yaradılmış istintaq-əməliyyat qrupunun üzvləri əvvəlcə ehtimal ediblər ki, kişi maşının uçuruma yuvarlanması səbəbindən ölüb. Sonra ölünün cəsədini yırtıcı heyvanlar — canavarlar parçalayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tezliklə kişinin şəxsiyyətini müəyyən ediblər. Məlum olub ki, həmin şəxs Lerik rayon sakini Mayıl Ağayevdir. O da müəyyən edilib ki, kişinin meyiti meşə zolağına 8 gün əvvəl düşüb.

Məhkəmə-tibbi ekspertiza Ağayevin qəsdən adamöldürmənin qurbanı olduğu barədə dərhal rəy verməyib. Adamın cəsədi elə bir şəkildə parçalanıb ki, əvvəlcə onun kəsilmiş-deşilmiş yaralarını müəyyənləşdirmək qeyri-mümkün olub. Yalnız üstündən 3,5 ay keçəndən sonra ekspertiza Ağayevin sinə nahiyəsindən aldığı bıçaq zərbəsi nəticəsində öldüyünü müəyyən edə bilib.

İlk şübhəlilər elə Ağayevin qohumları olub. Elə ilk olaraq M.Ağayevin 43 yaşlı həyat yoldaşı Nailə Ağayeva ətrafında aparılan araşdırma zamanı qadının qətl hadisəsinə qarışdığı ortaya çıxıb. Lakin qadın bu əməli təklikdə törətməyib. Bu işdə ona yaxın qohumları olan 22 yaşlı Lerik rayon sakini Aqil Baxşiyev və 25 yaşlı Bakı sakini Vəfalı Əliyev kömək ediblər. Adı çəkilən şəxslərin hər üçü saxlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, Ağayeva ilə Baxşıyev arasında sevgi münasibətləri olub. Nailə Ağayeva etiraf edib ki, ərini aradan qaldırmaq qərarını o özü verib və cinayəti də özü təşkil edib. Qadının sözlərinə görə, əri onun xoşbəxtliyinə mane olub. Baxşiyev Ağayevi öldürməyə razılıq verib və bu iş üçün yaxın qohumuna müraciət edib. Məhz Əliyev Ağayevin sinəsinə bıçaq zərbəsi vurub. Sonra cinayət ortaqları boş maşını uçuruma itələyiblər və cəsədi də onun yanına qoyublar. Beləliklə, onlar kişinin avtomobil qəzasını nəticəsində öldüyü təsəvvürünü yaratmaq istəyiblər.

Faktla bağlı saxlanılan şəxslərə qarşı AR Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adamöldürmə) ilə cinayət işi açılıb. Qeyd edək ki, Nailə Ağayeva iki yeniyetmə uşağın anasıdır.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …