Cümə , Fevral 23 2024
Ana səhifə / Kriminal / Sevdiyi qızın anası ilə illərlə yaxınlıq etdi, sonra isə öldürdü

Sevdiyi qızın anası ilə illərlə yaxınlıq etdi, sonra isə öldürdü

Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qızın anasını öldürməkdə təqsirləndirilən Xaçmaz rayon sakini 28 yaşlı Samir Hacıəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib.

Prosesdə dövlət ittihamçısı çıxış edərək S.Hacıəliyevin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi noyabrın 2-də davam edəcək.

İttihama görə, S.Hacıəliyev 27 mart 2017-ci ildə Xaçmaz rayonun Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb. Araşdırma zamanı məlum olub ki, S.Hacıəliyevin G.Sultanovanın qızı ilə sevgi münasibətləri olub. 2014-cü ildən etibarən G.Sultanovanın evinə ayaq açan S.Hacıəliyevin ev sahibəsi ilə də aralarında isti münasibətlər yaranıb.

Hadisə baş verən gün S.Hacıəliyevlə G.Sultanovanın arasında mübahisə yaranıb. Mübahisə zamanı qadın onu təhqir edib. Onların mübahisəsi sonda qanlı cinayət hadisəsi ilə nəticələnib.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində S.Hacıəliyev həbs edilib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Məhkəmə prosesi zamanı mərhumun qızı Reyhan Feyzullayeva anası ilə sevdiyi oğlan arasında yaxın münasibət olduğunu bildirib.

“Sonradan bilmişəm ki, məni sevdiyi halda anamla da münasibət saxlayırmış. Buna görə xəcalət çəkirəm. Mənə deyirdilər ki, onların münasibətləri var, guya sən bilmirsənmi? Anamla, Samirlə danışdım. Samir and içdi ki, anamla arasında heç nə yoxdur. Amma ona inanmadım”, – deyə zərərçəkmiş ifadəsində göstərib.

 

Həmçinin oxuyun

Beyləqan işgəncələri: Nəcməddin Sadıqovla Mais Bərxudarovun dindirilməsi tələb olunur

2017-ci ilin mayında Tərtərdə yüzlərlə əsgər və zabitə kütləvi şəkildə işgəncə verilərkən paralel şəkildə Beyləqanda …