Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Sedat Pekeri təhdid edib video çəkən Cenk Çelik İstanbulda başından vuruldu – VİDEO

Sedat Pekeri təhdid edib video çəkən Cenk Çelik İstanbulda başından vuruldu – VİDEO

Cinayət təşkilatına rəhbərlik etmə maddəsi ilə axtarışda olan Sedat Pekerə qarşı təhdid videoları ilə tanınan Cenk Çelik İstanbulun Ümraniye bölgəsində küçədə gedərkən atəşə tutulub.

Başından 2 güllə ilə vurulan Çelik ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Cenk Çelik Sedat Peker və onun yaxınlarına qarşı təhdid videoları ilə gündəmə gəlib. 

Güllələrin hədəfi olan Çelik qan içində yerə yıxılarkən, şübhəli şəxs hadisə yerindən qaçıb. Başına dəyən 2 güllə ilə ağır yaralanan Cenk Çelik ilkin müdaxilədən sonra xəstəxanaya yerləşdirilib. Polis qrupları şübhəlinin tutulması üçün cinayət işi açıb. Digər tərəfdən yaralının yerdə uzandığı və ətrafdakı vətəndaşların müdaxilə etməyə çalışdığı anlar hadisə yerindəki vətəndaşlardan birinin mobil telefonunun kamerasına əks olunub.
Musavat.com

https://geo.dailymotion.com/player/xvul.html?video=x8drnsd&GK_PV5_PHOTON=1

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …