Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Sayt rəhbəri barəsində dələduzluğa görə cinayət işi başlandı

Sayt rəhbəri barəsində dələduzluğa görə cinayət işi başlandı

Jurnalist Etibar Əliyev (Etibar Toğrul) barəsində cinayət işi başlanıb.

Belə ki, jurnalist beş nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham olunur.

Əliyev Etibar Xasay oğlu barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq ilkin istintaq aparılıb.

Hazırda cinayət işi ilə bağlı toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Etibar Toğrul “Xəbər var” qəzetində baş redaktor, “Vetenperverler.az” saytında redaktor kimi fəaliyyət göstərib.

O, “XeberBiz.com” və “TehsilXeber.com” xəbər portalının rəhbəridir.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …