Ana səhifə / Kriminal / Saxta vaksin sənədi hazırlayan həkimlə bağlı qərar verildi

Saxta vaksin sənədi hazırlayan həkimlə bağlı qərar verildi

Vəzifə saxtakarlığında təqsirləndirilən “Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin əməkdaşı olmuş Valeh Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Qobustan Rayon Məhkəməsinin hakimi Mirələm Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmin hökmü ilə Valeh Əhmədov təqsirli bilinib və o, 2000 manat miqdarında cərimə cəzasına məhkum olunub.

Hökmdə göstərilib ki, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilməsin.

Qeyd: rəsmi məlumata əsasən, Qobustan Rayon Mərkəzi Xəstəxanasının Çalov kənd tibb məntəqəsində bəzi şəxslərə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla qeyd edilən tibb məntəqəsində tibb qardaşı işləyən Valeh Əhmədov tərəfindən Çalov kəndində yaşayan bir neçə şəxsin vaksin olunmadıqları halda III doza vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlərin edilməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Qobustan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Daha sonra cinayət işi yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Həmçinin oxuyun

Alimpaşa Məmmədovdan XƏBƏR VAR

Baş Prokurorluq Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov barəsindəki həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə …