Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Şantajla ailə dağıdan məktəb müəllimindən xəbər var – Azadlığa çıxdı…

Şantajla ailə dağıdan məktəb müəllimindən xəbər var – Azadlığa çıxdı…

2018-ci ilin aprel ayında məktəbin qarovulçu qadınını şantaj edən orta məktəb müəllimi Namiq Babayev bu yaxında azadlığa çıxıb.
Xatırladaq ki, hadisə Cəlilabad rayon Muğan kənd orta məktəbində baş vermişdi. Məktəbin qadın qarovulçusu ilə məktəb müəllimi N.Babayev bir müddət intim münasibətdə olublar. Həmin vaxtı qadını mobil telefona çəkən N.Babayev onun videosunu kənd sakinləri arasında yaydıqdan sonra hadisə böyük səs-küyə səbəb olmuşdu.
Həmin vaxt həbs edilən N.Babayevə Cəlilabad rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 150.1 (seksual xarakterli zorakılıq hərəkətləri) və 242 (pornoqrafik marerialları qanunsuz yayma) maddələri ilə cinayət işi başladılmışdı.
Bu yaxında isə N.Babayev azadlığa çıxıb.
Bu haqda Moderator.az-a kənd sakinləri məlumat veriblər. Sakinlər bildiriblər ki, N.Babayev kənddə qayıtmasa da, onun başqa yerdə yaşadığı bildirilir. Ailəsi və ata-anası isə Muğan kəndindəki evində yaşayır. Bir ailənin dağılmasına səbəb olan N.Babayevdən sonra qarovulçu qadın da öz ata evinə qayıdıb. Qadının iki azyaşlı uşaqları isə ərinin himayəsində yaşayır.
Qeyd edək ki, N.Babayev Cəlilabadın Çinarlı kəndindəndir. Onun Muğan kəndində bacısı yaşayır. Namiq də sonradan Muğan kəndində ev tikərək burda yaşamağa başlayıb. Həm məktəb müəllimi, həm də qadın qarovulçu məktəbdən çıxarılıb və artıq onların yerinə başqa adamlar işə götürülüb.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …