Şənbə , Yanvar 23 2021
Ana səhifə / Kriminal / Sankt-Peterburqda azərbaycanlı keçmiş ər iki azyaşlı qızını oğurladı

Sankt-Peterburqda azərbaycanlı keçmiş ər iki azyaşlı qızını oğurladı

Sankt-Peterburqda kişi boşandığı arvadından iki azyaşlı qızını oğurlayıb.

Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, 27 yaşlı qadın sentyabrın 12-də polisə müraciət edərək iki azyaşlı qızının tapılmasını xahiş edib. Qadın övladrlarının keçmiş əri, 27 yaşlı Azərbaycan vətəndaşı tərəfindən oğurlandığını iddia edir.

Bildirilir ki, cütlük 2019-cu ilin əvvəlində rəsmi qaydada boşanıblar. Məhkəmənin qərarına əsasən, kişiyə birinci və üçüncü həftənin bazar günündə övladları ilə görüşmək üçün icazə verilib. Kişi isə qaydaları pozaraq övladlarını qaçırdıb.

Polis naməlum şəraitdə gizlənən kişinin və azyaşlı qızların axtarışlarını aparır. Onların harada olması hələlik məlum deyil.

Həmçinin oxuyun

Cinayət Məcəlləsində “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsi yeni redaksiyada müzakirə ediləcək

Cinayət Məcəlləsinin Xüsusi hissəsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasının layihəsi parlamentin yaz …