Ana səhifə / Kriminal / Samvel Babayan azadlığa buraxılır – Tezliklə ölkəni tərk edəcək

Samvel Babayan azadlığa buraxılır – Tezliklə ölkəni tərk edəcək

Ermənistanda “İqla işi”ndə yeniliklər gözlənilir.

Azinforum.az “Jamanak”-a istinadən xəbər verir ki, Ermənistan rəsmiləri “İqla işi” üzrə həbs edilən müxalifətçi, keçmiş komandir Samvel Babayanın həbsdən azad edilməsi qərarına gəliblər.

Məlumata görə, Babayan daxil olmaqla bütün tərəflər razılığa gəlsələr, o, əfv üçün müraciət edəcək. Bundan sonra Babayan həbsdən buraxılacaq və ölkəni tərk edəcək.

Erməni KİV-lər-i iddia edirlər ki, keçmiş komandir yaxın günlərdə azadlığa çıxacaq.

Qeyd edək ki, Samvel Babayan özünü siyasi məhbus hesab etmir

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …