Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Samsung Galaxy S6 və Samsung Galaxy S6 Edge Azərbaycanda

Samsung Galaxy S6 və Samsung Galaxy S6 Edge Azərbaycanda

Aprelin 17-dən etibarən yeni və çoxdan gözlənilən Samsung Galaxy S6 və Samsung Galaxy S6 Edge – yeni flaqman smartfonlarının Azərbaycanda satışı başlayıb.

Qafqazinfo” xəbər verir ki, mobil cihazlarının yaranmasına ilkin yanaşmaları köklü şəkildə nəzərdən keçirərək, Samsung şirkəti bu dəfə qeyri-adi, dəb-dəbəli yüksək texnologiya və statuslu Samsung Galaxy S6 və Samsung Galaxy S6 Edge-i istehsal edib. Bundan əlavə, xatırlatmaq lazımdır ki, Samsung Galaxy S6 Edge dünyada ilk iki tərəfdən qövsvari ekrana malik olan mobil qurğu – həqiqi inqilab edən smartfondur.

Qabaqcıl texnologiyaları və qeyri-adi dizayn həllərinin tətbiqi yeni cihazın insanların müasir həyat tərzinin vacib hissəsinə çevriləcəyindən, eləcə də sahibinin yüksək statusu və qüsursuz tərzini təsdiq edəcəyindən xəbər verir. Gələcəkdə bu yeni smartfonların istifadəçiləri ağ mirvari, qara sapfir, gözqamaşdırıcı platin, nəcib zümrüd (yalnız Samsung Galaxy S6 edge üçün) rəngləri ilə öz fərdiliklərini tam mənada vurğulaya biləcəklər. Metal və yüksək dözümlülüyə malik şüşədən hazırlanmış korpusun incə cizgiləri üzərinə düşən işıq əks olunduqca daha da aydın nəzərə çarpır.

Yeni Galaxy özündə eyni zamanda bir neçə çox güclü xüsusiyyəti birləşdirir. Belə ki, prosessorun heyranedici məhsuldarlığı, kristal dəqiqliyə malik 5.1 düym ölçülü möhtəşəm Quad HD Super AMOLED  ekranı, əvvəlki modelinə nəzərən 1.5 dəfə daha sürətli enerji yığan akkumlyatoru, simsiz enerji yığma texnologiyası və nəhayət mükəmməl işıq alma gücü olan F1.9 ön və arxa kameralar bunlardan ən önəmliləridir.

İlkin olaraq bu yeni, əvvəlkilərə heç də bənzəməyən cihaza sahib olmaq istəyənlər onunla Samsung S6 səhifəsində ( link to samsung.tma.az ) “Samsung Store”-larda və digər pərakəndə satış nöqtələrində ətraflı tanış ola bilərlər.

Smartfonları əldə edən Bakcell müştəriləri 4-cü sür@ 12 GB İnternet* və eksklüziv** Ulduzum üzvlüyü hədiyyə alacaqlar. Təklif haqqında daha ətraflı məlumatı www.bakcell.com/galaxys6??? Ünvanından və Bakcell diller mağazalarından öyrənə bilərsiniz.

* Hər ay balansı 2 AZN artırmaq şərti ilə. 6 ay ərzində 2 GB traffik. 2 GB tükəndikdə internetin sürəti 64 kbps enir.

** Yalnız 31 may 2015-ə qədər alınarsa, eksklüziv Ulduzum üzvlüyü 6 aylıq verilir. Eksklüziv Ulduzum, Bakcellin Ulduzum Sadiqlik proqramı çərçivəsində təqdim etdiyi premium müştərilər üçün nəzərdə tutulmuş xüsusi təklifdir.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın