Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Samirin “beşbarmaq”la döyülməsini Kamran tapşırıb?

Samirin “beşbarmaq”la döyülməsini Kamran tapşırıb?

Müğənni Samir Piriyevin hüquqşünası Ruslan Əhmədoğlu ifaçının “beşbarmaq”la döyülməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Məsələ ilə bağlı musavat.com saytına açıqlama verən müğənninin hüquqşünası Ruslan Əhmədoğlu deyib ki, müğənni hazırda məsələ ilə bağlı danışmaq istəmir: “Samir bu haqda danışmaq istəmir. Çünki bu, onun şəxsi məsələsidir. Samir şəxsi məsələsi ilə cəmiyyəti narahat etmək istəmir. Bu gizli məlumatı Həsənli haradan əldə etdiyini açıqlasa və məsələnin Kamranla bağlı başladılan cinayət işiylə əlaqəsi varsa, Samir açıqlama verər. Hazırda Samir bütün fikrini Kamranın həbs edilməsi ilə bağlı cəmləyib. Kamrana cavab olaraq deyirəm ki, istəyirsə, Samir 4-cü sinifdə dalaşdığı sinif yoldaşı ilə bağlı da açıqlama versin. Əgər bu işlə Kamran arasında bağlılıq varsa, qoy, hüquq-mühafizə orqanları məsələni araşdırsın. Heç kimin bilmədiyi məsələni o haradan bilir? Yoxsa Kamran sifariş edib? Samirin qanı türk qanıdır, onu başqa türk oğlu türklərlə (Kamranı nəzərdə tutur) müqayisə etmək olmaz. Keçmişdən danışılacaqsa, Samir elə faktlar ortaya qoyar ki, ham dəhşətə gələr. Amma Samir düşünür ki, cinayət işinə diqqət ayırsa, daha yaxşı olar”.

R.Əhmədoğlu Elariz Məmmədoğluna da ismarıc göndərib: “Deyəsən, Elariz Məmmədoğlunun reklam ayıdır. Oktyabrın əvvəli onun populyar videosu yayıldı. Ayın axırında da Kamran-Elariz məsələsinə qoşulub. Kamranın dünənki mətbuat konfransı isə gülünc görünür. Konfransda 7-8 jurnalist iştirak edib, amma heç kəsə sual vermək imkanı verilməyib. “Youtub”da baxın, orada Elçin adlı cavan oğlan tez-tez ayağa qalxıb sual verir. O, Kamranın hüquqşqnasıdır, jurnalist kimi təqdim edilib. Kamran danışdıqca batır”.

Qeyd edək ki, bu haqda teleaparıcı Kamran Həsənli keçirdiyi mətbuat konfransında məlumat verib.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …