Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Samir Şərifov: “Manatın devalvasiyası qaçılmaz idi”

Samir Şərifov: “Manatın devalvasiyası qaçılmaz idi”

Dünya bazarlarında xam neftin qiymətinin kəskin azalması nəticəsində xarici valyutada daxilolmaların azalması ölkəmizin tədiyyə balansında keyfiyyətcə yeni vəziyyət yaradıb və manatın məzənnəsinin əhəmiyyətli dərəcədə enməsini qaçılmaz edib.
 “APA-Economics”in məlumatına görə, bu barədə ölkə başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunan iclasda maliyyə naziri Samir Şərifov bildirib.
 Nazirin sözlərinə görə, qlobal iqtisadi proiseslərin ölkəmizə mənfi təsirləri ilə əlaqədar hökumətin və Mərkəzi Bankın atdığı kəsərli addımlar yaranmış makroiqtisadi duruma adekvatdır. O, qeyd edib ki, bunu digər neft istehsalı və ixracı ilə məşğul olan ölkələrin timsalında da görmək olar.
 “Qlobal reytinq agentlikləri ölkəmizdə gedən prosesləri yaxından izləyir. Sevindirici haldır ki, dünyanın 3 ən nüfuzlu reytinq agentlikləri “Standard&Poor`s”, “Moody`s” və “Fitch” ölkəmizin uzunmüddətli yerli və xarici investisiya səviyyəli reytinqləri saxlanılıb”, – deyə nazir qeyd edib.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın