Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Kriminal / Şamaxıda taxıl zəmilərində yanğın – Video

Şamaxıda taxıl zəmilərində yanğın – Video

Şamaxıda taxıl zəmilərində güclü yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Göylər kəndi ərazisində qeydə alınıb. Gecə saat 12 radələrində başlayan yanğın Ağsunun qonşu kəndlərində də müşahidə edilir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Əlavə olaraq, yanğının qarşısını almaq üçün şum işləri də görülür. Buna baxmayaraq, hələlik yanğının qarşısını almaq mümkün olmayıb.

Yerli sakinlərin sözlərinə görə, yanan otlaq və taxıl sahəsi 100 hektardan çox ərazini əhatə edir. Ərazidə havanın küləkli olması yanğınsöndürənlərin işinə mane olur. Buna görə də, yanğının qarşısını almaq mümkün deyil.

Rəşad Türkoğlu

Həmçinin oxuyun

12 il azadlıqdan məhrum olunan hərbçi məhkumun etirafları – VİDEO

ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında məhkum, keçmiş hərbiçi Yaşar Şükürovun həyat hekayəsindən danışılıb. Yaşar …