Ana səhifə / Kriminal / Şamaxıda qəbiristanlıqdan 10-dək məzarın mərmər daşları oğurlanıb

Şamaxıda qəbiristanlıqdan 10-dək məzarın mərmər daşları oğurlanıb

Şamaxı rayonunda məzarlıqdan oğurluq hadisəsi baş verib.
APA-nın xəbərinə görə, Şamaxı rayonunun Yeddi Günbəz qəbiristanlığında 10-a yaxın şəxsin məzarındakı mərmər daşlar naməlum şəxslər tərəfindən sökülərək aparılıb.
Məlumata əsasən, məzarlardan birinin üstüşəkilli başdaşı və mərmərdən olan tumbaları, birinin sinə daşı, birinin isə mərmərdən olan üzlükləri oğurlanıb. Elə məzar var ki, tamamilə sökülərək daşları aparılıb.
Mərhumların ailə üzvlərinə 2 min manata yaxın maddi ziyan dəydiyi bildirilir.
Şamaxı sakini Babək Mirzəzadə babasının və digər şəxslərin məzarındakı mərmər daşların oğurlanması barədə Şamaxı rayon Polis Şöbəsinə məlumat verib.
Hadisə yerinə polis əməkdaşları gəlib və bu hadisənin birinci dəfə olmadığı, oxşar oğurluq hallarının noyabrın 3-də də qeydə alındığı bildirilib. O zaman da həmin qəbiristanlıqdan bir neçə qəbir daşı oğurlanıb. Onda da hadisənin kimin tərəfindən törədildiyi naməlum olaraq qalıb. Hələlik oğurluğun kim tərəfindən edildiyi məlum deyil.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …