Çərşənbə axşamı , Oktyabr 15 2019
Ana səhifə / Kriminal / Şamaxıda dəhşətli intihar – 13 yaşlı şagird özünü asdı

Şamaxıda dəhşətli intihar – 13 yaşlı şagird özünü asdı

Şamaxı rayonunda məktəb şagirdi intihar edib.

“ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şamaxı şəhərindəki “Cümə məsçidi”nin yanındakı mənzillərdən birində qeydə alınıb.

Orada kirayə tutulan evdə valideynləri ilə yaşayan Osmanbəyli kənd sakini, adının Zəka olduğu bildirilən 13 yaşlı oğlan özünü ağacdan asaraq intihar edib. Məsciddə namaz qılan şəxslər özünü asan uşağı görərək onu təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Lakin, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Cavidin qatili Rüstəm Abdullayevin qardaşı oğludur

Almaniyada magistr təhsili alan azərbaycanlı tələbə vəhşicəsinə qətlə yetirilib. ” Azinforum.az ” Criminal.az-a istinadən xəbər …