Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Kriminal / Şamaxıda DƏHŞƏT: 3 ev ard-arda yanıb kül oldu – VİDEO

Şamaxıda DƏHŞƏT: 3 ev ard-arda yanıb kül oldu – VİDEO

Şəhriyar qəsəbəsində 00:00 radələrində 1 evdə başlayan yanğın qısa müddət ərzində qonşu evlərə keçib.

ARB TV xəbər verir ki, hadisə yerinə Şamaxı, Qobustan və İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 5 ədəd texnika və canlı qüvvəsi cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, birmərtəbəli bir-birinə bitişik ümumi sahəsi 104 m² olan 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, 45 m² sahədə, ümumi sahəsi 30 m² olan 2 otaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 90 m² olan 5 otaqlı evin 3 otağının tavanı 16 m² sahədə yanıb. Bitişik olan evlər yanğından mühafizə olunub. Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.

Vasif Məmmədov (ev sahibi): “Evimizdə oturub söhbət edirdik, bir də gördük ki, qonşunun həyətindən qışqırıq səsləri gəlir. Çıxdıq ki, görək nədir, yardım əlimizi uzadaq. Gördük ki, bizim evimizə qoşulu ev yandı, kül oldu. Evin içində adam var idi. Ev sahibi idi, o da yatmışdı. Hamısı çıxmışdı evdəkilərin bir dənə o qalmışdı. Sonra o da ayıldı, çıxdı bayıra”.

Məmməd Məmmədov (ev sahibi): “Gəldim, qonşu dedi ki, orda nəsə yanır. Baxanda gördüm ki, evimiz yanır, mən də qaçdım. Qonşunun da evi, bizim də evimiz yandı”.

 

Həmçinin oxuyun

“Xanımımın yolunu kəsən sürücü oğlumu boğmaq istəyib” – Video

Bakıda sürücülər arasında insident baş verib.  “ Azinforum.az ” xəbər verir ki, Avtosfer.az-a müraciət edən …