Cümə , Oktyabr 30 2020
Ana səhifə / Kriminal / Şamaxıda bədbəxt hadisə – Yeni evli cütlük dəm qazından zəhərləndi – VİDEO

Şamaxıda bədbəxt hadisə – Yeni evli cütlük dəm qazından zəhərləndi – VİDEO

Yeni ailə quran cütlük dəm qazından zəhərlənərək dünyasını dəyişib.

ARB TV xəbər verir ki, hadisə səhər saatlarında, Şamaxının Məhəmməd Hadi ev 11 ünvanında qeydə alınıb.

26 yaşlı Nafiz Feyzullayev və onu həyat yoldaşı 21 yaşlı Gülşən Ağayeva ailə üzvləri tərəfindən vanna otağında huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn təcili tibbi yardım stansiyasını həkimləri onların öldüyünü müəyyən ediblər.

Şahid: “Səhər tezdən işə getməli idi. Durublar ikisi də gediblər hamama. Yoldaşım xəbər alıb, deyib ki, “mama çıxırıq”. Üzərindən 10-15 dəqiqə keçmişdi, gördüm, yoldaşım durdu. Mən də ayılmışdım. Həyətə düşdü, gördüm, qışqırır, mən də qaçdım dalınca. Qapını təpiklə sındırdım. Gördüm, ikisi də yerdədir”.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …