Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Şamaxıda ana doğuş zamanı ölüb – VİDEO

Şamaxıda ana doğuş zamanı ölüb – VİDEO

Şamaxıda ana doğuş zamanı ölüb.
Azinforum.az xezerxeber.az-a istinadən bildirir ki, rayon mərkəzi xəstəxanasının doğum şöbəsində qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirən 34 yaşlı Şamaxı şəhər sakini Amirə Binyətovanın halı pisləşdiyindən o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Bir müddət sonra o, dünyasını dəyişib. Amirə Binyətovanın meyiti Məhkəmə Tibbi Ekspertizasının Şamaxı rayon Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Həkimin sözlərinə görə, Amirə Binyətova xəstəxanaya gətirilərkən qanaxma və yüksək təzyiqlə əməliyyata alınıb. Ananın vəziyyəti ağır olduğu üçün uşaq qeysəriyyə yolu ilə götürülüb. Bütün tibbi tədbirlər görülməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

 

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …