Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Salyanda yol tikintisinə 3,8 milyon manat vəsait ayrıldı – SƏRƏNCAM

Salyanda yol tikintisinə 3,8 milyon manat vəsait ayrıldı – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 5 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 3,8 milyon (üç milyon səkkiz yüz min) manat ayrılsın.

Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmələri tapşırılıb.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın