Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Kriminal / Salyanda polis rəisi narkotikə qarşı mübarizəyə start verib: Rayonda 5 min narkotik istifadəçisi varmış

Salyanda polis rəisi narkotikə qarşı mübarizəyə start verib: Rayonda 5 min narkotik istifadəçisi varmış

Salyanda narkotik ticarətinə qarşı mübarizə gücləndirilib.

Ovqat.com-a bu barədə məlumatı rayon sakinləri veriblər.

Mənbəmizin bildirdiyinə görə, rayonun yeni təyin olunmuş polis rəisi Cəbrayil Vəliyevin narkobaronlara qarşı amansız mövqe tutması Salyandakı “ağ ölüm” ticarətçilərinin kürkünə birə salıb. Artıq bir çox narkotik tacirlərinin rayondan qaçdığı xəbər verilir.

Cəbrayıl Vəliyevin mübarizəyə özünün rəhbərlik etdiyi idarədən başladığı bildirilir. Qeyd olunur ki, son zamanlar bir neçə polis əməkdaşı məhz bu səbəbdən işdən qovulub.

“Polis rəisi bu kimi neqativ halların rayonda vüsət almasının səbəblərini araşdrıb  və məlum olub ki, indiyədək məsələylə bağlı lazımi mübarizə aparılmayb. Naməlum səbəblərdən cavabdehlər şəxslər bu kimi hallara göz yumub. Və bu gözyumma hadisəsi polis rəisi tərəfindən himaydarlıq kimi qiymətləndirilib. Nəticədə artıq polisin özündə bu məsələylə bağlı ciddi təmizləmə işlərinə start verilib”-mənbəmiz belə deyib.

Qeyri-rəsmi məlumata görə, Salyan rayonunda orta hesabla 5000 narkorik istifadəçisi var. Bunların da gündəlik tələbatı 0.5 qramdan hesablansa, deməli, gün ərzində rayon üzrə ən azı 2.500 kq narkotik maddə satılır ki, bunun da, təxminən, bazar dəyəri 12500  manatdır.  Başqa təbirlə ifadə etsək, ayda 370000 min manatlıq “gəlir mənbəyinin” qurudulmasından söhbət gedir.

Əgər bizə verilən məlumatlar səhihdirsə, ümidvar olmaq istərdik ki, Salyan ictimaiyyəti də Cəbrayl Vəliyevin başlatdığı bu mübarizəyə öz dəstəklərini əsirgəməyəcək. Çünki hər şeydən öncə rayon gəncliyinin maddi və mənəvi sağlamlığının qorunmasından söhbət gedir.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …