Ana səhifə / Kriminal / Salyanda 10 yaşlı veliosipedçi dayısının “KamAZ”ının altında qalaraq həyatını itirib

Salyanda 10 yaşlı veliosipedçi dayısının “KamAZ”ının altında qalaraq həyatını itirib

Ötən gün axşam saatlarında Salyan rayonunun Xıdırlı kəndində 10 yaşlı uşağın ölümü ilə nəticələnənən bədbəxt hadisə büş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, kənd sakini, 2008-ci ildə anadan olmuş Nuran Məhəmməd oğlu Məlikov dayısı Şahin Əsəd oğlu Əsədovun idarə etdiyi 10 SF 983 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maışını hərəkətdə olarkən altında qalaraq aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

8 yaşlı uşaq onlara qonaq gəlmiş “KamAZ” sürücüsü olan dayısı geri dönərkən veliosipedinə minərək özlüyündə yük maşını ilə “ötüşmək” qərarına gəlib. Amma “KamAZ” torpaq yolda aşağı sürətlə hərəkətdə olarkən uşaq veliosipedini saxlaya bilmədiyindən arxa və ön təkərlərin arasında qalaraq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …