Ana səhifə / Kriminal / Saleh Bağırovun maşınına oğru girdi

Saleh Bağırovun maşınına oğru girdi

Bakıda məşhur aparıcının avtomobilindən oğurluq edilib.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, Yasamal rayonu A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Saleh Bağırova məxsus “KİA” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində şəxsiyyət vəsiqəsi və avtomobilin sənədləri olan çanta oğurlanıb.

Oğurluğu törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyən edilib və saxlanılıb. Araşdırmalarla onun Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayev olduğu məlum olub. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

S.Bağırov İTV-nin tanınmış aparıcısıdır.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …