Bazar ertəsi , Dekabr 10 2018
Ana səhifə / Kriminal / Sakinlər qorxu içində: evlərə girib, dağıdırlar, insanlara xəsarətlər yetirirlər (VİDEO)

Sakinlər qorxu içində: evlərə girib, dağıdırlar, insanlara xəsarətlər yetirirlər (VİDEO)

Bir müddət əvvəl Cəlilabadın Alar kəndində baş verən hadisələr Günəşli kəndində də təkrarlanmağa başlayıb. Kənd sakinləri deyir ki, evlərə girən şəxs və ya şəxslər bütün əşyaları darmadağın edir, istədiklərini isə oğurlayırlar. Bu halın tez -tez təkrarlanması vətəndaşları təşvişə salıb. İş o yerə çatıb ki, polis kənddə nəzarəti gücləndirib.

Qaynarinfo “Xəzər TV”yə istinadən xəbər verir ki, bir müddət əvvəl rayonun Alar kəndində yaşanan olay indi də Günəşli kəndində baş verir. Naməlum şəxs və ya şəxslər sakinlərə məxsus fərdi evlərə girir, əşyaları darmadagın edir, istədiklərini isə oğurlayırlar. Sakinlərin dediyinə görə 15 gün olar ki, Günəşli kəndində bu hadisələr baş verir. Son bir həftə ərzində dörd nəfər kənd sakininevində olanəşyalar yararsız hala salınıb.

Sakinlərin bildirdiyinə görə, bu halın ayrı -ayrı evlərdə təkrarlanması vətəndaşlarda təşviş yaradıb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Rayon polis şöbəsindən verilən məlumata görə müraciət daxil olan kimi polis əməkdaşları kənddə nəzarəti gücləndirib. Hadisə ətraflı araşdırılır.

 

VIPedu.BIZ

Həmçinin oxuyun

“Lotu Quli”nin azadlığa çıxdığı anın görüntüləri yayıldı – VİDEO

Bir müddət əvvəl Türkiyədə həbs olunan, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun …