Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Şahmar Mövsümov beynəlxalq təşkilatın seçkisində uduzdu

Şahmar Mövsümov beynəlxalq təşkilatın seçkisində uduzdu

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞK) təşkilatının İdarə Heyətinə 2016-2019-cu illər üzrə seçki keçirilib.

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov seçkidə uduzub. O Avrasiya regionundan namizəd idi.

Virtualaz.org bildirir ki, bu barədə MSŞK-nin saytı xəbər yayıb.

Xəbərə görə, təşkilatın idarə heyətinə Avrasiya regionundan ukraynalı millət vəkili Olqa Bielkova seçilib. Bielkova Şahmar Mövsümovdan 8 səs artıq (19 səs) toplayıb.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü 2015-ci ilin aprelində Azərbaycanın bu qurumdakı statusunu aşağı tamhüquqlu üzvlükdən müvəqqəti üzvlüyə endirib. Yanvardan sonunda Dövlət Neft Fondu MSŞK ilə münasibətlərin inkişafı yönündə danışıqlar aparıldığını bildirimişdi.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …

Bir cavab yazın