Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Sahibli it şəhərin mərkəzində azyaşlıya hücum etdi – asfaltda sürütlənən uşaq vahimə yaşadı

Sahibli it şəhərin mərkəzində azyaşlıya hücum etdi – asfaltda sürütlənən uşaq vahimə yaşadı

Bu videogörüntülər dünən paytaxt Bakının mərkəzində, Fəvvarələr meydanında lentə alınıb. Videodan göründüyü kimi, doberman cinsli it 4-5 yaşlı azyaşlıya hücum edir, onu asfaltın üzərində sürüyür, paltarını dartışdırır, parçalamağa çalışır. 

Uşağın qorxudan necə qışqırması da videolentdə aydın şəkildə eşidilir. Onun ciddi psixoloji travma aldığı da şübhəsizdir.

Qeyd edək ki, bu hadisə ilk deyil. Şəhərin mərkəzində it gəzdirən şəxslər çox vaxt təhlükəsizlik qaydalarına riayət etmir, itlərini buruntaq olmadan, ağzı açıq şəkildə gəzdirirlər. Üstəlik, sahibli itlər çox vaxt aqressiv it cinslərindən olur, ətrafda dolaşanların adi bir hərəkətindən acıqlanır və hücum edirlər.

Bu da həmin hadisələrdən biridir. Bu üzdəndir ki, şəhərin mərkəzində bu cür itləri görən şəxslər qorxur, onladan bir qədər yan ötməyə çalışırlar.

Onu da qeyd edək ki, bir sıra Avropa ölkələrində sahibi olan itlərin insanlara hücum etməsinə görə böyük cərimələr nəzərdə tutulur.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …