Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / «Şahdağ» hotellərində yeni mövsümün qiymətləri – AÇIQLANDI

«Şahdağ» hotellərində yeni mövsümün qiymətləri – AÇIQLANDI

«Şahdağ» Qış-Yay turizm kompleksindəki otellərdə gecələmə qiymətləri açıqlanıb. Xatırladaq ki,Yeni İl şənlikləri ilə əlaqədar olaraq Şahdağ hotellərində bir gecəlik rezervasiya müəyyən müddətə məhdudlaşdırılmışdı. Müştərilər minimum 2 və ya3 gecəlik yer rezervasiya etdirə bilərdilər. Şahdağ hotellərindən Fins.az-a verilən məlumata görə, artıq həmin hotellərdə bir gecəlik qalmaq da mümkündür.

“Zirvə” hoteli

“Zirvə” hotelində yanvarın 8-dək həftə içi bir nəfərlik qiymət 109 manat, iki nəfərlik isə 125 manatdır. Yanvarın 8-dən sonra isə həftə içi bir nəfər 99 manat, iki nəfər 115 manatdır.  Həftə sonu isə bir nəfər 129 manata, iki nəfər isə 150 manata yer rezervasiya edə bilər. Qiymətə səhər yeməyi, internet və parkinq xidməti daxildir.

“Şahdağ” hoteli

“Şahdağ” hotelində yanvarın 8-dək həftə içi bir nəfər üçün yer rezervasiya etdirsəniz, 139 manat, iki nəfər üçün isə 155 manat xərciniz çıxacaq. Həftə sonu yer rezervasiya etdirmək üçün iki nəfərlik qiymət 195 manatdır. Yanvarın 8-dən sonra isə həftə içi bir nəfərlik qiymət 119 manat, iki nəfərlik qiymətlər 135 manatdır. Həftə sonu  bir nəfər 179 manata, iki nəfər 195 manata yer rezervasiya edə bilər. Qeyd edək ki, qiymətlərə səhər yeməyi, parkinq, türk hamamı, sauna, idman zalı və hovuz daxildir.

“Pik Palace” Hoteli

Səhər yeməyi də daxil olmaqlar hoteldə iki nəfərlik otaqlar 175 manatdır, həftə sonu isə 265 manatdır. Qiymətlərə həm də bir günlük xizək avadanlıqları daxildir. Qeyd edək ki, istirahətinizi yalnız keçirmək istəyirsinizsə, yenə eyni məbləği ödəməlisiniz.

“Park Chalet”

Burda isə həftə içi iki nəfərlik otağı 140 manata rezervasiya edə bilərsiniz. Həftə sonu isə 200 manat xərciniz çıxacaq. Xidmətə səhər yeməyi daxildir və bir nəfərlik istirahət üçün də eyni qiyməti ödəməlisiniz.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın