Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Sahə rəisinə rüşvət ittihamı ilə cinayət işi açılıb

Sahə rəisinə rüşvət ittihamı ilə cinayət işi açılıb

Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin sahə rəisi Vəli Abbasov haqqında cinayət işi başlanıb. O, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməliyyatı nəticəsində saxlanılıb. Sahə rəisi cinayət məsuliyyətinə cəlb olunsa da, həbs edilməyib.

İstintaq dövrü üçün onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bu barədə verilən məlumatda bildirilir ki, Vəli Abbasov Xırdalan ərazisində torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi üçün vətəndaşdan 6 min manat pul almaqda şübhəli bilinir. İddia olunur ki, sahə rəisi vətəndaşa Abşeron Rayon İcra Hakimiyyəti və başqa dövlət qurumlarının vəzifəli şəxslərinin qərarına təsir göstərmək imkanı olduğunu deyib və pul alıb.

Vəli Abbasova Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə ittiham verilib.

Amma onun bu ittihama münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

Bu cinayət işi üzrə istintaq Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılır.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …