Cümə , Noyabr 27 2020
Ana səhifə / Kriminal / Şagirdini hamilə qoyan 59 yaşlı müəllim həbs edildi – Lerikdə

Şagirdini hamilə qoyan 59 yaşlı müəllim həbs edildi – Lerikdə

Daxili İşlər Nazirliyi Lerik rayonunda 17 yaşlı qızın müəllimi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qalaraq hamilə qalması haqda açıqlama verib.

Azinforum.az-ın məlumatına görə, Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə)  və 153.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır:

“Şəfahət Məmmədov şübhəli şəxs qismində həbs olunub. Zərərçəkmiş M. B polis və rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə Bakı şəhərinə gətirilərək sığınacağa yerləşdirilib”.

E. Zahidov qeyd edib ki, bununla bağlı martın 23-də Lerik Rayon Polis Şöbəsinə şikayət daxil olub: “Müvafiq araşdırmalar aparılıb və martın 31-də ekspert rəyi verildikdən sonra aprelin 1-də qeyd edilən maddələrlə cinayət işi başlanılıb. İstintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, təqsirləndirilən 59 yaşlı Ş.Məmmədov rayonun Kirəvud kəndində rus dili müəllimi işləyib. 2003-cü il təvəllüdlü zərərçəkmiş isə həmin məktəbdə təhsil alıb.

Həmçinin oxuyun

“Lotu Quli”nin qardaşı Rusiyada davaya səbəb oldu: Yaralılar var

Rusiyanın Yekaterinburq şəhərində Türkiyədə öldürülən azərbaycanlı qanuni oğru “Quli” ləqəbli Nadir Səlifovun qardaşı tərəvəz anbarında …