Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Safura Əlizadənin atası azadlıqda qaldı – “XİN işi”ndə hökm oxundu

Safura Əlizadənin atası azadlıqda qaldı – “XİN işi”ndə hökm oxundu

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin keçmiş müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, onların hər birinə şərti cəza verilib.

Dəymiş maddi ziyanın ödənilməmiş hissəsi 167 min manat məbləğ Səlim Əlizadədən alınaraq Xarici İşlər Nazirliyinə ödənilməlidir.

F.Mollazadə və S.Əlizadə 2020-ci ilin iyulunda Dövlət Təhlükəsizliyi Xidmətinin XİN-də apardığı əməliyyat zamanı saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib. Lakin dekabrda məhkəmə onları ev dustaqlığına buraxıb.

İttihama görə, F.Mollazadə S.Əlizadə və digərləri ilə əlbir olub çoxsaylı şirkətlər vasitəsilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədilə ümumilikdə 2 milyon 543 min 173 manat vəsaiti mənimsəyiblər. F. Mollazadə dəymiş ziyanın 2,3 milyon manatını ödəyib.

Qeyd edək ki, Səlim Əlizadə Azərbaycanın “Avroviziya-2010” təmsilçisi, müğənni Safura Əlizadənin atasıdır. O, həmçinin mərhum energetika naziri Natiq Əliyevlə quda olub.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …