Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / Kriminal / Şadlıq sarayının qarşısında maşınları vurub, hadisə yerindən qaçdı – VİDEO

Şadlıq sarayının qarşısında maşınları vurub, hadisə yerindən qaçdı – VİDEO

Bakının Binəqədi rayonunda 5 avtomobil qəzaya uğrayıb.

Azinforum.az APA-ya istinadən xəbər verir ki, hadisə Şövkət Məmmədova küçəsində baş verib. “Mercedes” avtomobilin sürücüsünün bildirdiyinə görə, onun idarə etdiyi maşını “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisəni törədən “Hyundai”-ın sürücüsü ərazidən uzaqlaşıb. Nəticədə “Mercedes” şadlıq sarayında olan insanlara məxsus “Lexus”, “Hyundai” və “Mercedes” markalı maşınlara çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb. Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hazırda hadisəyə səbəb olan “Hyundai”-ın sürücüsü axtarışdadır.

Həmçinin oxuyun

Şəmkirdə məmurun həbsinin – Təfərrüatı

Prokurorluq orqanları tərəfindən sudan istifadəyə dair qanunvericiliyin tələblərinə əməl edilməsi daim diqqətdə saxlanılmaqla, bu sahədə …