Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Şabranda arvadı küsərək evdən gedən kişi özünü asıb

Şabranda arvadı küsərək evdən gedən kişi özünü asıb

Şabran rayonunun Güləmli yaşayış massivində üç uşaq atası intihar edib.

“Report”un Şimal bürosu xəbər verir ki, 37 yaşlı Cəmil Balamirzə oğlu Məmmədov yaşadığı evin yardımçı otağında özünü elektrik naqilindən asaraq öldürüb.

Məlumata görə, mərhum Cəmil Məmmədovla həyat yoldaşı arasında mübahisə baş verib. Mübahisədən sonra qadın övladlarından ikisini götürərək atası evinə – Quba rayonuna gedib. Bundan əsəbiləşən C.Məmmədov intihar edib.

Ailənin üç oğlan övladı var.

İntiharın dəqiq səbəbləri Şabran Rayon Prokurorluğunda araşdırır. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …