Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Sabirabadda traktor məktəbə gedən 1-ci sinif şagirdini vuraraq öldürüb

Sabirabadda traktor məktəbə gedən 1-ci sinif şagirdini vuraraq öldürüb

Bu gün səhər saatlarında Sabirabadın Moranlı kəndində azyaşlını traktor vurub.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 6 yaşlı kənd sakini Cəlil Telman oğlu Əsədli məktəbə gedərkən qəfil qaçaraq yolu keçmək istəyib. Bu zaman kənd sakini, 36 yaşlı Elnur Hüseynovun idarə etdiyi “Belarus” markalı traktor onu vurub.

Ağır xəsarətlər alımış azyaşlı hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …