Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Sabirabadda toyda kütləvi dava — Yaralılar var

Sabirabadda toyda kütləvi dava — Yaralılar var

Sabirabadda keçirilən toy şənliyində kütləvi dava olub.

Azinforum.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində baş verib.

Toyda Sabirabad sakini Əsədov Sərxan Tahir oğlu bir neçə şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan iki nəfər – Sabirabad sakini, 1982-ci il təvəllüdlü Xudiyev Orxan Adıgözəl oğlu və Bakı sakini, 1988-ci il təvəllüdlü Əhmədov Emil Məhəmməd oğlu Şirvan Şəhər Xəstəxanasında əməliyyata götürülüb.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …