Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr / Sabirabadda faciə – Azyaşlı bacı-qardaş bir ayın içində öldü

Sabirabadda faciə – Azyaşlı bacı-qardaş bir ayın içində öldü

Sabirabad rayonunda 28 günün içərisində azyaşlı bacı və qardaş müəmmalı şəkildə dünyasını dəyişib.
Azinforum.az – ın Xəzər TV-yə istinadən verdiyi məlumata görə, hadisə Sabirabadın Həşimxanlı kəndində, Əsədovlar ailəsində baş verib.
Kənd sakini, 3 yaşlı Əlvan Əsədli 1 ay əvvəl qəflətən dünyasını dəyişib. Ailəsi onun ölümünü səhhətindəki problemlə əlaqələndirib.
Lakin 2 gün əvvəl onun bacısı, 5 yaşlı Səma Əsədli də naməlum səbəbdən qəfildən dünyasını dəyişib. Bu isə müəmmaları və şübhələri artırıb.
Uşaq dərhal xəstəxanaya aparılsa da, həkimlər onun keçindiyini bildiriblər.
Azyaşlıların ailəsinin və yaxınlarının sözlərinə görə, Səmanın səhhətində indiyədək heç bir problem olmayıb. Buna görə də hansı səbəbdən ölməsi müəmmalı olaraq qalır. Bu hadisə onun qardaşı Əlvanın da sırf allergiyadan ölməsi ilə bağlı şübhələr yaradıb.
Ölümün səbəbini araşdırmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən nümunələr götürülüb.
Sentyabrın 25-də analizlərin cavabları açıqlanacaq və Səma Əsədlinin hansı səbəbdən dünyasını dəyişdiyi məlum olacaq.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın