Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Sabirabad sakini özünü körpüdən Kürə ataraq intihar etdi

Sabirabad sakini özünü körpüdən Kürə ataraq intihar etdi

Sabirabadda baş verən intiharın təfərrüatları məlum olub.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, hadisə baş verən vaxt intihar edən şəxs ona məxsus VAZ-2107 markalı minik maşınında həyat yoldaşı və oğlu ilə birgə yol gedərkən aralarında mübahisə düşüb. Bundan əsəbiləşən sürücü maşını ailə üzvləri ilə birgə Kür çayına atmaq qərarına gəlib. Lakin maşın körpünün dəmir qoruyucusuna dəyərək dayanıb. Bu vaxt sürücü maşından düşüb, özünü Kürə atıb.

Qeyd edək ki, intihar edən şəxsin Sabirabad rayonunun Yolçubəyli kənd sakini , 59 yaşlı Qaraxan Abdulqəni oğlu Hümmətov olduğu müəyyən olunub.

*   *   *12:16

Bu gün səhər saatlarında Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, rayonunun Yolçubəyli kəndinin sakini Qaraxan adlı şəxs Kür çayının üzərindəki “Cavad körpüsü” adlanan körpüdən özünü ataraq intihar edib. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Dalğıc-xilasedicilər tərəfindən intihar etmiş şəxsin cəsədinin axtarışları aparılır.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …