Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Sabiq nazir müavini və xidmət rəisi həbs edildi – Yenilənib

Sabiq nazir müavini və xidmət rəisi həbs edildi – Yenilənib

Mədəniyyət nazirinin bu gün vəzifədən çıxarılan və DTX tərəfindən saxlanılan müavini Rafiq Bayramov və Nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov məhkəməyə aparılıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, DTX-nın istintaq orqanının onlar barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılır.

Onlarla bağlı qərarı Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev verəcək.

***

Hakim Şahin Abdullayevin sədrlik etdiyi iclasda qərar verilib. Hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …